Gəncənin Natəvan qəsəbəsində problem var

  • 23 mart 2017, 11:55

Gəncə şəhər,NATƏVAN qəsəbəsi,5-ci küçədə yaşayan Niyaz Niyazov tərəfindən "Demokratik.Az"-a şikayət daxil olub. Vətəndaş yazır ki, yaşadıqları məhəllənin sol tərəfindən evlərə bitişik olan yüksəktəzyiqli qaz borusu keçir. Həmin ərazi demək olar ki, daima zibil içində üzür. Şikayətçinin həyat yoldaşı şəkər-diabet xəstəsi ola-ola tez-tez oranın zibillərini yığışdırır. Amma buna baxmayaraq həmin ərazidən zibil əksik olmur. Xüsusən yaz və yay aylarında zibilliyin iy-qoxusundan evlərdə oturmaq olmur. Bu vəziyyətdən həm qaz təsərrüfatı, həm bələdiyyə, həm də Gəncə şəhər İcra Hakimiyyəti halıdır. Bütün bunlara baxmayaraq heç kim vəziyyəti normallaşdırmaq fikrində deyil. Sakinlər hamıqlıqla durumdan narazıdır, vəziyyət dözülməzdir. 

     Nizaz Niyazovun yazdığına görə, YÜKSƏKTƏZYİQLİ QAZ BORUSUnda partlayış baş versə, yaxınlıqdakı və bitişik evlərdə faciə baş verə bilər. Nə Gəncə şəhər QAZ idarəsi və Gəncə şəhər İcra Hakimiyyəti isə nədənsə bu barədə düşünmür. Tədbir görülmür. Həmin qaz trubasını- boru xəttinin başqa bir yerə dəyişdirilməsi barədə aidiyyəti təşkilatlar TƏCİLİ bir qərar qəbul edib gərəkli tədbiri həyata keçirmək haqqında düşünmür. Şikayətçinin bildirdiyinə görə, bunca biganəliyin səbəbi sadəcə olaraq aidiyyəti təşkilatların özbaşınalığından irəli gəlir. Yəni, deyəsən ya qorxuları yoxdur, həm də insan həyatına qiymət vermirlər. Niyaz Niyazov sual edir: "Belə səhvləri, biganəliyi edən təşkilatlar məgər cinayət törətmirlər ki? Niyə onlara heç kim ölçü götürmür? Bu fani dünyanı Allah insanlara bəxş edib. İnsanların həyatı ən dəyərlidir. Kaş ki,bütün dövlət məmurları belə düşünəydilər! Düşünürəm ki,bu yazıdan sonra bütün aidiyyəti orqanlar hərəkətə keçməli və gərəkli işləri TƏCİLİ həyata keçirməlidirlər. Səbrlə gözləyək, görək eləmi olacaqdır?".
Ümid edirik ki, aidiyyəti təşkilatlar problemin həllinə cəhd göstərəcəkdir.

 

 

Demokratik.Az
Oxşar xəbərlər