Gəncə sakini Ombudsmana səsləndi:

  • 28 fev 2017, 08:52

Hörmətli Ombudsman Elmira Süleymanova,siz deyirsiniz ki, sənədsiz evlərə və torpaqlara mülkiyyət hüququ verilməlidir. Əfsuslar olsun ki, Azərbaycanın bəzi Icra Hakimiyyəti Başçıları heç kimsəni veclərinə belə almırlar. Gəncə şəhər Icra Hakimiyyəti Başçısı Elmar müəllim sərəncamla paylanmış Natəvan qəsəbəsinin evlərinə mülkiyyət hüququ vermək fikrində DEYİL. Ola bilsin ki, bəzi IHB-ları özlərini ən yüksəklikdə, toxunulmaz hiss edirlər deyə sıravi xalqı tapdalayırlar.
Gəncə şəhəri,Natəvan qəsəbəsinin sakinlərinin çox hissəsi kasıb insanlardan ibarətdir. Bizlərin kimə isə pul verərək halal evlərimizi öz mülkiyyətimizə çevirmək imkanımız YOXDUR! Gəncə şəhər Icra Hakimiyyəti isə bu barədə əlini tərpətmək fikrində deyil. Nə qədər sənədsiz yaşamaq olar? Qəsəbə sakinlərinin xeyli hissəsi yaşlı, ahıl, qoca insanlardır. Evlərin sənədləri yoxdur deyə, bu gün-sabah yaşlı sakinlərdən kimsə Allah eləməmiş kimi dünyasını dəyişsə, övladları sənədlərin arxasınca gedib-gəlməkdən yollarda qalacaqlar. Hələ bundan əlavə sənədləri həll etməkçün xeyli pul lazım olacaqdır. Daha doğrusu həmin dünyasını Allah eləməmiş kimi dəyişən şəxsin övladları böyük bir bəla ilə rastlaşacaqlar. Mən anlaya bilmirəm ki, bu IHB-ları vətəndaşlara qarşı niyə belə laqeyid münasibət göstərirlər. Bu barədə insanlar müraciət etməyə adres də tapa bilmirlər. Artıq pul xərcləməməyin dərdindən qəsəbə sakinləri sakitcə gözləmək mövqeyindədirlər. Allah biz sakinlərə kömək olmasa,deyəsən bu İHB-sı da sənədlərin qaydaya düşməsinə aid heç bir müsbət iş görməyəcəkdir. Nə bilim. Yaşayarıq,görərik...
Hörmətlə: "Gül.-Gün." sahibkar müəssisəsinin sahibkarı;
Gəncə şəhəri,Natəvan qəsəbəsi,5-ci küçədə yaşayan-Niyazov Niyaz Novruz oğlu

 

Demokratik.Az

Oxşar xəbərlər