Mehman Hüseynovun həbsxanada vəziyyəti necədir?

  • 09 mart 2017, 09:14

Vəkili Şüvəlan Təcridxanasında saxlanılan bloqqer Mehman Hüseynovla görüşüb.

Bu barədə onunla bu gün görüşən vəkil Elçin Sadıqov məlumat verib: "Həmişəki Mehmandır, əhvalı yüksəkdir, zarafat-"prikollarından” qalmır…
Artıq Mehmanı kameraya yerləşdiriblər. Kamerada 5 nəfərdilər. Yerləri darısqal deyil. Şəraitdən razılıq etdi. Kamerada kabinet-sanitar qovşaq, televizor var. Yerli telekanalları izləyə bilir.
Təcridxanada onunla rəftardan da hər hansı narazılıq bildirmədi.
"Bütün dost-tanışa, ondan ötrü narahat olanlara çoxlu salam dedi. Hər kəsin möhkəm olmasını, onun həbsinə görə sıxıntı çəkməmələrini arzulayır.”

Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəmişdi.
Məsələ burasındadır ki, Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.
Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb. Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu polisə böhtan atmada təqsirləndirərək, məhkəməyə vermişdi.

Məhkəmənin hökmü ilə Mehman Hüeynov 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

Demokratik.Az

Oxşar xəbərlər