ANS məhkəmədə qalib gəldi

  • 08 mart 2017, 18:38

Bu gün ANS Kommers Şirkəti tərəfindən qaldırılmış iddia üzrə "A.K.İ. İnter” MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində yaranmış borcun ödənilməsi tələbi ilə bağlı 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində proses keçirilib.

Hakim Hökümə Babayevanın sədrliyi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində keçirilən məhkəmə iclasında "ANS Kommers” Şirkətinin iddia tələbi qismən təmin edilərək, cavabdeh "A.İ.K. İnter” MMC-dən iddiaçı "ANS Kommers” Şirkətinin xeyrinə 3 280 manat əsas borcun, 200 manat məbləğində cərimə məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilib.(İstipress.az)

Oxşar xəbərlər