Demokratik TV
ANS uduza-uduza gedir - yeni məhkəmə qərarı...
Bu gün Bakı Apellyasiya Məhkəməsində "ANS Müstəqil Yayım və Media" Şirkəti Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib.
Modern.az xəbər verir ki, hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, ANS-in apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində MTRŞ-nın iddiasına baxılarkən, ANS qarşılıqlı iddia verib. Lakin hakim Vüsalə Baxışova həmin qarşılıqlı iddianı baxılmaq üçün qəbul etməyib. Televiziya şirkəti məhkəmənin baxılmaq üçün qəbul etməmə barədə qərardadından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi ANS-in apellyasiya şikayətini təmin etməyib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Bu dəfə ANS həmin qərardaddan kassasiya şikayəti verib. Ali Məhkəmə də ANS-in kassasiya şikayətini təmin etməyib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iş üzrə icraatın dayandırılması ilə bağlı qərardad qəbul edib. Buna səbəb ANS-in 40 min manat vəsaitin MTRŞ tərəfindən ona verilməsi ilə bağlı qarşılıqlı iddia verməsi olub. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə bu iddiaya başqa bir hakimin icraatında baxıldığı üçün MTRŞ apellyasiya şikayəti verib. Məhkəmə MTRŞ-nın şikayətini təmin edib.

Bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçirilən prosesdə ANS məhkəməyə iddianın təmini tədbiri barədə ərizə verib. Lakin məhkəmə həmin ərizəni təmin etməyib. Həmin qərardan narazı qalan ANS apellyasiya şikayəti verib.
Demokratik.Az