Demokratik TV
Xəbər lenti
ANS-in apellyasiya şikayəti təmin edilməyib
- 04 noy 2016, 18:55
Bu gün Bakı Apellyasiya Məhkəməsində "ANS Müstəqil Yayım və Media” Şirkətinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından şikayətinə baxılıb. APA-nın məlumatına görə, hakim Kəmalə Abıyevanın sədrliyi ilə keçirilən prosesdə "ANS Müstəqil Yayım və Media” Şirkətinin şikayəti təmin edilməyib.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18.30-dan etibarən dayandırılması barədə qərar qəbul edib. ANS MTRŞ-nin bu qərarından 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət verib. ANS-in şikayəti təmin edilməyib.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
ANS-in məhkəməsi olacaq
ANS-in işi yenidən Apellyasiya Məhkəməsində...
ANS-in taleyi bu gün həll olunacaq
ANS-lə bağlı yayılmış şayiələrə reaksiya gəldi
MTRŞ ANS-ə uduzdu – MƏHKƏMƏ
ANS-in şikayəti təmin edilməyib- 168 min manat dövlət büdcəsinə qaytarılmalıdır
ANS uduza-uduza gedir - yeni məhkəmə qərarı...
ANS-in lisenziyasına xitam verildi - Məhkəmə qərarı açıqlandı
Mirşahin Ağayev: “Azərbaycan prezidenti ANS-i heç vaxt güdaza verməz”
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti