Sərkisyan Rusiyanı da aldadır

  • 19 noy 2016, 09:20

Sərkisyan indi də yalan mənzərə yaratmaqla Rusiyada ictimai fikri azdırmaq niyyətindədir. Bunun üçün də erməni rəhbərə belə bir müsahibə lazım idi.

Sərkisyanın "RİA-Novosti” agentliyinə müsahibəsi ilə bağlı Axar.Az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistan prezidentinin səsləndirdiyi fikirlər çox absurddur:

"Sərkisyan Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağla bir yerdə tanımalıdır. Bunun əksi qeyri-mümkündür. Belə bir rəhbərlə danışıqlar aparmaq çox çətindir. Xalqların müqəddəratını təyin etmə prinsipi, əslində, Dağlıq Qarabağın erməni icmasına aid edilə bilməz. Çünki dünyanın müxtəlif yerlərində başqa milli azlıqlar yaşayır. Bu gün Gürcüstanda kifayət qədər erməni var. Bu o demək deyil, onlar öz müqəddəratlarını təyin etmək üçün mütləq dövlət qurmalıdırlar”.

Politoloqun sözlərinə görə, Sərkisyanın İrəvanla Bakı arasında "qaynar xətt” təklifi birbaşa Rusiyada ictimai fikri azdırmaq məqsədi güdür:

"Belə "qaynar xətt”in yaradılması Moskva-Ankara zəminində var. Çünki hər iki tərəfdən səsləndirilən təkliflər yaxşı münasibətlərə arxalanır. Biz isə müharibə şəraitindəyik. Hansısa prinsipial razılıq əldə olunarsa, bu təklif o zaman dəyərləndirilə bilər. Görünür, Sərkisyana yalan mənzərə yaratmaq üçün belə bir müsahibəyə lazım idi”.

Ekspert onu da bildirib ki, hazırkı situasiyada danışıqlarda ciddi irəliləyiş gözlənilmir: "İş orasındadır ki, yaranmış vəziyyətdə prosesin səmərəliliyi olduqca aşağıdır”.

Demokratik.Az

Oxşar xəbərlər