Gülənin ən böyük silahı-"DOSYE"

  • 07 avq 2016, 09:47
Türkiyə Baş Qərargahının keçmiş rəhbəri İlkər Başbuğ Fətullah Gülənin ən böyük silahının kəşfiyyat olduğunu bildirib.
 
Demokratik.Az-ın məlumatına əsasən, Başbuğ 15 iyul qiyamı ilə bağlı mətbuata açıqlamasında maraqlı məqamlara toxunub. O bildirib ki;"Bu gün dünya insanların şəxsi məlumatları əsasında idarə edilir. İdarə etmək istədiyiniz insanların gizli məlumatları sizin ən böyük silahınızdır. Dünya üzərində bu dayanır. Bəs Gülən camaatının əsas silahının nə olduğunu bilirsiniz? Şəxsi məlumatlar. Bu çox böyük şəbəkələnmənin əsasında həyata keçirilir. Gülən bundan əsas silah kimi istifadə edir. Düşüncə və duyğunu sintez edə bilirsinizsə, toplum arxanızdan gələcək. Hətta insanları ölümə belə  apara bilərsiniz”.
Açıqlamadan görünən, başadüşülən odur ki, deməli Gülənin əsas silahı əlindəki şəxsi "dosye"lər imiş...
 
Demokratik.Az
Oxşar xəbərlər