Xəbər lenti
Bütün xəbərlər

İlham Əliyev iranlı naziri qəbul etdi

  • 15 may 2016, 15:18
Azərbaycan Prezidenti İlham Əliyev İranın kənd təsərrüfatı naziri Mahmud Höccətinin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Qafqazinfo” xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafının razılıq doğurduğunu deyib. Azərbaycanla İranın dost, qardaş, qonşu ölkələr olduğunu vurğulayan İlham Əliyev hər iki ölkənin siyasi rəhbərliyinin İran-Azərbaycan əlaqələrinin daha da yüksək səviyyədə olması üçün çalışdıqlarını məmnunluqla qeyd edib.

Dövlət başçısı Mahmud Höccətinin başcılıq etdiyi nümayəndə heyətini Azərbaycana səfəri zamanı əməkdaşlığımıza dair danışıqların səmərəli olacağına və birgə layihələrin icrası istiqamətində ciddi addımlar atılacağına ümidvar olduğunu bildirib.

Mahmud Höccəti prezident Həsən Ruhaninin səmimi salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər