Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Prezident İlham Əliyev dünən İtaliya Nazirlər Şurasının dövlət katibini qəbul edib
Prezident İlham Əliyev dünən İtaliya Nazirlər Şurasının dövlət katibini qəbul edib
- 29 fev 2016, 08:13
Azərbaycan prezidenti İlham Əliyev fevralın 28-də İtaliya Respublikası Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Öz növbəsində, Klaudio De Vinçenti "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən ikinci iclasında iştirakından məmnun olduğunu deyib. O, "Cənub Qaz Dəhlizi” layihəsinin həm İtaliya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Ölkəsinin bütövlükdə bu layihəyə, xüsusilə Trans-Adriatik boru kəmərinin çəkilişinə böyük dəstək verdiyini və İtaliya hökumətinin bu istiqamətdə lazımi addımları atacağını deyən Klaudio De Vinçenti layihənin enerji təchizatı və nəqlinin şaxələndirilməsi baxımından da vacib olduğunu qeyd edib.
Görüşdə ölkələrimiz arasında mədəni sahədə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilib, bu istiqamətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlərin əhəmiyyəti xüsusi qeyd olunub. Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında enerji sahəsində əməkdaşlıq, "Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı həyata keçirilən işlər və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti