Putin Əliyev və Sarkisyanla telefon danışığı apardı

  • 05 apr 2016, 20:17
Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı olub.
 
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
 
V. Putin İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.
 
Rusiya prezidenti çoxsaylı insan itkisi ilə nəticələnən genişmiqyaslı hərbi qarşıdurma ilə əlaqədar ciddi narahatçılıq keçirdiyi söyləyib.
 
O, hər iki tərəfi təcili şəkildə hərbi əməliyyatları tam dayandırmağa və atəşkəs rejiminə əməl etməyə çağırıb.
 
Qeyd olunub ki, Rusiya vəziyyətin normallaşması üçün vasitəçilik addımları həyata keçirir, bundan sonra da keçirəcək.
 
Bundan başqa, ATƏT- in Minsk Qrupunun vasitəçiliyi ilə Bakı və İrəvanla danışıqlar prosesinin bərpa olunmasının vacibliyi vurğulanıb.
Oxşar xəbərlər