Putinlə İlham Əliyev arasında telefon danışığı olub

  • 26 fev 2016, 21:10
Azərbaycan və  Rusiya prezidentləri arasında telefon danışığı olub. Demokratik.Az saytı xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Kremlin mətbuat xidmətindən məlumat verilib.   

Bildirilib ki, Vladimir Putinlə İlham Əliyev telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığa dair aktual məsələlər barədə, ilk növbədə əvvəl ticarət- iqtisadi sahədə əməkdaşlıq barədə fikir mübadiləsinin aparılması davam etdirilib.   

Qeyd edək ki, dünən də İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub.