Qərb və Rusiyanın Qarabağ oyunu - bütün “kozırlar” Bakının əlində!

  • 12 apr 2022, 10:20

Azərbaycan öz ərazi bütövlüyü üzərində siyasi alverə bir daha imkan verməyəcək! İrəvan üçün daşları yığmaq zamanıdır; erməni nazirdən SOS!: “İl sonu ölkədə yoxsulların sayı 42%-ə çatacaq...”

Ötən həftə Qarabağ tematikası baxımından yetərincə yaddaqalan, hətta bir az da taleyüklü oldu. Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri ilə Avropa İttifaqı Şurası Prezidentinin görüşlərinin ardınca məlum oldu ki, ATƏT-in Minsk Qrupu, daha dəqiqi, onun “Minsk üçlüsü” faktiki “canını tapşırıb” və qalır indi ATƏT-in öz uğursuz törəməsini rəsmən buraxması. 
Son gəlişmələr Azərbaycanın maraqlarına tam uyğundur. Erməni tərəfi nə qədər dəridən-qabıqdan çıxsa da ki, “MQ formatı” qalır, aydındır ki, tərəflərdən birinin ondan imtinası kifayətdir ki, Minsk Qrupu “oksigensiz” qalsın. Çünki sülh prosesi, ümumiyyətlə, hansısa vasitəçilik missiyası ikitərəfli və könüllü prosesdir.       
Keçən həftə Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvada erməni həmkarı Ararat Mirzoyanla görüşündə, üstəlik, bu da bəlli oldu ki, Qarabağ mövzusunda Moskva ilə Qərb arasında moderatorluq uğrunda yeni mübarizə başlayır. Lakin bu yarış heç də erməni maraqları, yaxud hamını bezdirmiş “status” uğrunda olmayacaq. Əsas diqqət mərkəzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və bu zaman iki qlobal güc mərkəzinin regiondakı maraqlarının nə dərəcədə gözlənilməsi ilə ilgili olacaq.

Bəzi siyasi analitiklərə görə, artıq Qarabağla bağlı Qərb və Rusiyanın yarışı başlayıb. Hər iki cəbhə öz masasında əldə olunan razılaşmanın icrasına çalışır. Ancaq hər iki masadakı razılaşmalar bu və ya digər formada Bakının maraqlarına uyğundur. Ehtimal edilir ki, yeni vəziyyət Azərbaycana təzyiq imkanlarını azalda bilər. Ona görə ki, Moskva “bizim masada əldə olunan razılaşmalar yerinə yetirilməlidir” desə, Bakı razıdır, analoji hal Qərbə də aiddir.
Bütün hallarda artıq Rusiya da, Qərb də yaxşı başa düşür ki, yalnız Azərbaycanı qane edən təkliflər həyata vəsiqə qazana və onların regiondakı maraqları minimum təmin oluna bilər. Çünki bölgənin vazkeçilməz və açar dövləti Azərbaycandır, kapitulyant və “izqoy” Ermənistan yox. Yəni Qarabağ ətrafında hansısa oyun oynanılacaqsa belə, Bakı buna da hazırdır, ona görə ki, “kozırlar”ın hamısı onun əlindədir...
*****
Qarabağda eybəcər siyasi oyun: Ruslar nə edir? - DETALLAR | KONKRET
Diqqətçəkicidir ki, Rusiya baş diplomatının məlum açıqlamasının ardınca ABŞ Dövlət Departamenti yaydığı bəyanatda Vaşinqtonun Cənubi Qafqazda dinc, demokratik və firavan gələcək qurmaqda sadiqliyi bəyan edildi. ABŞ xarici siyasət idarəsi həmçinin “Ermənistan və Azərbaycanı diplomatik təmaslarını fəallaşdırmağa, münaqişənin və ya onun nəticələrinin hərtərəfli həlli yollarını tapmaq üçün mövcud birbaşa əlaqə mexanizmlərindən istifadə etməyə və hərtərəfli sülh sazişi əldə etməklə münasibətləri normallaşdırmağa” çağırıb. “Birləşmiş Ştatlar bu təşəbbüslərdə Ermənistan və Azərbaycana kömək etməyə hazırdır”, - açıqlamada deyilir.
Əslində Azərbaycana bu xüsusda Amerikanın köməyi gərək deyil. ABŞ Ermənistan rəhbərliyini ağla gətirsə, bu elə kifayət edəcək. Çünki sülh müqaviləsi ilk növbədə izolyasiyadan əziyyət çəkən erməni xalqına lazımdır. Ukrayna müharibəsinin isə postsovet ölkələri arasında Ermənistanın sosial-iqtisadi durumuna daha ağır zərbə vuracağı gözlənilir. Artıq vurur. Ona görə ki, satellit və forpost ölkə Rusiyadan ən güclü iqtisadi asılılıqdadır.
Rusiyanın Qarabağda “xəritə oyunu”: Üstünlüyü əldə vermək istəmir - ŞƏRH -  Alp.Az
Bu asılılığı azaltmağın tək yolu İrəvanın qonşu Azərbaycan və Türkiyə ilə əlaqələri təcili şəkildə normallaşdırması və onlarla dinc-yanaşı yaşamasından keçir. Şərtlər bəlli, baza prinsipləri masada. Əks halda, erməni toplumunu qat-qat ağır və böhranlı durum gözləyir. Bunu özləri də vaxtaşırı etiraf edirlər.
*****
Məsələn, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan il sonu ölkədə yoxsulluq səviyyəsinin 40%-i keçə biləcəyi barədə xəbərdarlıq edib.
“Bizim 24/7 rejimindı işimizin əsas məqsədi həssas əhalinin durumunun daha da pisləşməməsini təmin etməkdir”.

“Yeni Müsavat”ın məlumtaına görə, bu barədə nazir Ermənistanın İctimai Televiziyasına müsahibəsində ölkədə yoxsulluğun səviyyəsinin artırılmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib.
Qarabağ təşəbbüskarlığı uğrunda Rusiya-Qərb oyunu » Demokratik.Az
Onun sözlərinə görə, Ermənistanda yoxsulluğun səviyyəsi hazırda 27% təşkil edir: “Ancaq əhalinin yoxsul təbəqəsinin gəlirləri artmasa, biz ili 42% göstərici ilə başa vuracağıq. Çünki istehlak səbətinin qiyməti artır və Ermənistan əhalisinin daha 15%-i yoxsulluq həddində olacaq”, - Kerobyan bildirib və əlavə edib ki, hökumət əhalinin həssas təbəqələrinin maaşlarının artırılması üçün əlindən gələni edir.
*****
Lakin Ermənistan öz günahı üzündən blokadada qaldıqca bu cəhdlər heç bir fayda verə bilməz. Necə ki, indiyədək verməyib və ölkə hətta pandemiya dönəmində də boşalmağa davam edib. Odur ki, seçim, həmişəki kimi, özlərinindir. İrəvan üçün daşları yığmaq zamanı çoxdan çatıb.
Əfsus ki, Ermənistan rəhbərliyi yenə gecikir, hələ də hansısa “çəhrayı arzular”la yaşayır və öz xalqının iqtisadi qurtuluşuna aparacaq axırıncı unikal şansları da bir-bir əldən buraxır. Zəngəzur dəhlizi ilə bağlı mənasız dirənişin nəyə gətirdiyi ortada: Azərbaycan az öncə İranla anlaşaraq, bu dəhlizin cəmi 5 km-liyindən keçəcək alternativ dəmir və avtomobil yolu haqda tarixi anlaşma imzaladı. Özü də alternativ dəhliz və Zəngəzur dəhlizi arasında vaxt fərqi cəmi 10-15 dəqiqə olacaq.
İrəvan geri çəkildi: Zəngəzur dəhlizi bu tarixdə işə başlayacaq – Sensasion  iddia
Bu həm də o deməkdir ki, 10 noyabr kapitulyasiya sazişinə uyğun olaraq Zəngəzur dəhlizi reallaşsa belə, İrəvan ondan Bakıya qarşı artıq hər hansı təzyiq vasitəsi qismində istifadə edə bilməyəcək. Üstəlik, Azərbaycan uzağı, 3 il yarıma (geosiyasi şərtlərdən asılı olaraq, bu qat-qat tez də ola bilər) Laçın dəhlizini bağlaya və ya orada öz gömrük-yoxlama postlarını qoya bilər.
Ən əsası, Azərbaycan bir daha qlobal güc mərkəzlərinin ərazi bütövlüyümüz üzərində məkrli oyununa imkan verməyəcək! Bunu yəqin ki, Rusiyada da, Qərbdə də artıq  anlayıblar...
Siyasət şöbəsi,
“Yeni Müsavat”
Oxşar xəbərlər