Demokratik TV
İrəvan sifariş alıb, Qarabağda buna görə təxribatlar başlayıb
Bütün bunlar hamısı şou xarakterlidir və heç bir perspektivi yoxdur. Çünki 44 günlük müharibədən sonra Ermənistan nə öz ordusunu, nə də Qarabağdakı separatçıların silahlı dəstələrini nizama sala bilib. Ərazimizə müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının gözlərinin qarşısında baş verən son təxribat isə blefdən başqa bir şey deyil.
Bu sözləri Xocalının Pirlər kəndində separatçıların rus sülhməramlılarının gözü qarşısında mülki insanları silahlandırması kadrlarını Axar.az-a şərh edən hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
Polkovnik bunun Azərbaycanı təxribata çəkmək məqsədi daşıdığını qeyd edib:
“Oradakı mülki ermənilərə silah verməklə, əyin-baş düzəltməklə separatçı tör-töküntüləri və Ermənistan nəyə nail ola biləcək? Əgər təxribata cəhd etsələr, onlar da müharibə zamanı məhv edilən soydaşlarının, qardaşlarının taleyini yaşamalı olacaqlar. Azərbaycan heç bir halda öz ərazisində özbaşınalığın davam etməsinə imkan verməyəcək. Azərbaycan dövləti Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi xətti ilə narazılığını lazımi ünvanlara çatdırıb. Ordumuz bu gün, elə bu dəqiqələrdə, bu saatlarda lazımi işləri görür. Dövlətimiz rus sülhməramlılarının göz yumması ilə ölkəmizə yeni başağrısı olacaq vəziyyətin formalaşmasına imkan verməyəcək”.
Üzeyir Cəfərov Qarabağda törədilən təxribatların Ermənistana verilən siyasi sifariş əsasında həyata keçirildiyini vurğulayıb:
“Əgər separatçılar Qarabağı tərk etsə, rus sülhməramlılarının ölkəmizdə qalmasına ehtiyac olmayacaq. Bunlar maksimum şəkildə aranın qarışması üçün çalışırlar. Ötən həftələrdə vəziyyət bir az gərgin məcraya keçən kimi ATƏT sədrinin nümayəndəsi Anjey Kasprşik Ermənistanda peyda oldu. Əlavə etmək istəyirəm ki, ATƏT-in sədri bu gün Bakıya gəlib. Məqsəd isə odur ki, yenə toqquşmalar yaşansın, Minsk Qrupu yenidən fəaliyyətə keçsin və yenə mənasız danışıqlar başlasın. Rəsmi İrəvan ATƏT-dən vəziyyətin gərginləşdirilməsi üçün “sifariş” alıb. Bu da ondan ibarətdir ki, yenə qan axsın, toqquşmalar yaşansın, danışıqlar başlasın və son nəticədə qarşı tərəf özünə gəlmək üçün vaxt qazansın. Rus sülhməramlıları da itirdikləri nüfuzu bərpa etmək üçün lokal toqquşmaların olmasında maraqlıdırlar. Yəni toqquşmadan sonra bunlar yenə gəlib tərəfləri ayırmaqla guya nəsə iş gördüklərinin görüntüsünü vermək istəyirlər. Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini general-polkovnik Aleksey Kimlə son görüşü zamanı sadaladığımız məsələlərlə bağlı narazılığını açıq şəkildə dilə gətirib. Rəsmi Bakı artıq illərlə gözləmək niyyətində deyil. 10 noyabr bəyannaməsinin 4 və 6-cı bəndləri mütləq şəkildə yerinə yetirilməlidir. Yəni qanunsuz erməni silahlıları ərazimizdən çıxarılmalı və qaçqınlar öz evlərinə qayıtmalıdır. Ölkəmiz Ermənistanın nə vaxtsa beynəlxalq hüquqa riayət edəcəyini gözləməyəcək, çünki onlar hüquq tanımırlar. Müdafiə naziri Zakir Həsənovun keçirilən son müşavirədə verdiyi əmr və tapşırıqlar sadə göstərişlər deyil. Ermənistan yenidən vəziyyəti gərginləşdirsə, Silahlı Qüvvələrimiz ən müasir silahlardan istifadə etməklə düşmənin başını yerindəcə əzəcək”.