Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Siyasət » Keçmiş rusiyalı deputat: “Putin hiddətlənib, müharibəni uduzur...”
Keçmiş rusiyalı deputat: “Putin hiddətlənib, müharibəni uduzur...”
- 27 fev 2022, 21:02
Rusiya Dumasının sabiq deputatı İlya Ponomarev bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsinin tam iflasa uğraması Kreml rəhbərliyini əsl şoka salıb. Ponomarev Facebook səhifəsində qeyd edib ki, əldə olunan məlumata görə, bu gecə Kremlin rəhbəri Vladimir Putin Uralda olarkən görüş keçirib. Rusiya komandanlığı Ukraynanın işğalını 4 gün ərzində həyata keçirməyi planlaşdırırdı. Ancaq ordunun səyləri uğursuz olub.
Döyüş əməliyyatlarının real mənzərəsi Ukraynanı tez bir zamanda ələ keçirməyi planlaşdıran Putini qəzəbləndirib. Fevralın 26-na olan məlumata görə, rusların silah və qanadlı raket ehtiyatları tükənir, yeni tədarüklər ancaq bir neçə aydan sonra mümkün olacaq, çünki Rusiyadakı hərbi zavidları belə həcmlərlə ayaqlaşa bilmir.
Üstəlik, Rusiyanın hərbi kampaniyaya xərcləri gündə təxminən 20 milyard dollar təşkil edir. Bu da ölkənin büdcəsi üçün ağır yükdür.
Rusiyalı siyasətçinin sözlərinə görə, Ukrayna ordusu və mülki əhalinin şiddətli müqaviməti Rusiya komandanlığını şoka salıb.
“Müharibə xərcləri gündə təxminən 20 milyard dollar təşkil edir. Putin hiddətlənir. Əmin idilər ki, bu müharibə asan bir gəzinti olacaq. Amma indi raketləri azdır. Uzaqbaşı 3-4 günə çatacaq. Onlar ekonomiya olunur. Silah yoxdur. Tula zavodu və Rotenberqin digər 2 zavodu silah sifarişlərini yerinə yetirə bilmir. Silahlar tükənir. Növbəti silah partisyası 3-4 aya hazır olacaq. Bundan əlavə xammal da yoxdur. Yəni, ola bilsin, bundan da çox çəkəcək”, - sabiq deputat qeyd edib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
Prezident gözlənilən əfv sərəncamını imzaladı - SİYAHI
Bakı erməni-bolşevik işğalından necə azad edildi
Analitik material: Ukraynanın şoumen prezidenti
DOLLAR KREDİTLƏRİ: EY HÖKUMƏT, AZCA VİCDAN!
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
Prezidentin “CNN Türk”ə müsahibəsi - TAM MƏTN
Ali Baş Komandan İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edib - MƏTN+VİDEO
“Media haqqında” qanun layihəsinin tam MƏTNİ
Prezident "Media haqqında" qanunu təsdiqlədi - Tam Mətn
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti