Azərbaycan Brüsseldə nə qazandı? Yekun bəyanata dair ŞƏRH - VİDEO

  • 16 dek 2021, 12:59

Brüsseldə keçirilmiş üçtərəfli görüşdən indiyə qədər yayılan məlumatlar əsasında mübaliğəsiz bir söz demək olar: ‘’Bu dəfə də Azərbaycan qazandı!’’

Görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatın təhlili də bunu sübut edir.

Əslində Azərbaycan ötən il, 44 günlük Vətən müharibəsində öz torpaqları uğrunda haqq davasını udmaqla, məsələni prinsipial olaraq həll edib. Həm də elə həll edib ki, Ermənistanın havadar ölkələri belə, istəsələr də yeni vəziyyəti dəyişə, Ermənistanı düşdüyü məğlub durumdan, böhrandan çıxarda bilməzlər və bilmirlər. Bu baxımdan, istər Brüssel olsun, istərsə də Soçi, ya da Moskva, artıq haqlı və güclü olanın dövranıdır! Azərbaycanın zamanı başlayıb və davam edir! /mənbə - musavat.com/
mişel.jpg (32 KB)

Bəs, Şarl Mişelin yaydığı üçtərəfli görüşə dair yekun bəyanatında nə vardı?

Baxaq:

Öncəliklə, Aİ Şurasının Prezidenti Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu o deməkdir ki, Azərbaycan Prezidentinin də bütün kürsülərdən dəfələrlə dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır.
61b89e4b5cf2661b89e4b5cf27163948909961b89e4b5cf2361b89e4b5cf25.jpg (289 KB)
Daha sonra. Bəyanatda Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Bu, elə Azərbaycanın postmüharibə dövründə apardığı diplomatik fəaliyyətin, çağırışların özətidir. Bunu da Aİ tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbuledilməlidir.
Daha nələri qeyd etmək olar? Aİ Şurası Prezidenti öz bəyanatında 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış edib! Nə gözəl! Bu çağırış da Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Soçidən əvvəl, Soçi görüşündə və Brüsselə qədər, bizim də dediklərimiz, bizim də çağırışlarımız elə bu deyilmi?
1fe62de8-7111-4b76-bb60-2ebb9535c5e8.jpg (169 KB)
Bəyanatdakı daha bir mühüm məqam odur ki, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, olduqca vacibdir, çünki birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil. Bu məsələdə Ermənistanın, onun keçmiş rəhbərliyinin böyük cinayətləri yatır! Bizim üçünsə böyük bir faciə! 4000 soydaşımızın taleyi, öldü-qaldısı bəlli deyil. Biz bu 4 min vətəndaşımız üçün, onların talelərinin müəyyənləşməsi naminə hətta bir komitə də yaratmışıq və illərdir bu fraqmenti araşdırmaqla məşğuluq.
pas ilh tek.jpg (54 KB)
Daha bir məqama diqqət edək! Bəyanatda humanitar minatəmizləmə səylərinə dəstək ifadə edilir. Bu o deməkdir ki, Aİ tərəfindən Azərbaycanın minatəmizləmə səylərinə dəstək veriləcək. Çünki minalar Azərbaycan ərazisindədir və onu bizim torpaqlara işğalçı Ermənistan basdırıb. Ermənistan ərazisində Azərbaycanın yerləşdirdiyi bir ədəd də mina yoxdur! Ölkəmizin Qarabağa böyük qayıdış proqramını əngəlləyən, soydaşlarımızın öz yurd-yuvasını, el-obasını açıq ziyarətə mane olan əsas problem də elə minalar problemidir. Müharibədən sonra məhz minalar səbəbindən 200 vətəndaşımız ya həlak olub, ya da ömürlük şikəst qalıb. Bu dəstəyi Aİ -dən gözləyirdik!
Aİ Şurası Prezidentinin bəyanatında münaqişədən əziyyət çəkən insanlara, xüsusilə rebilitasiya və rekonstruksiya fəaliyyətinə dəstək ifadə olunub. Bu da olduqca müsbət məqamdır, çünki bu, Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi reabilitasiya və rekonstruksiya işlərinə Aİ tərəfindən dəstək veriləcəyi deməkdir. Azərbaycan işğal altından azad etdiyi ərazilərini əməkdaşlıq platformasına, meqaprojelərin, dəhlizlərin xabına çevirməkdə israrlıdır və hərbi əməliyyatlar bitər-bitməz, bu istiqamətdə fəaliyyətə başlayıbdır. Bu prosesə Aİ-nin dəstək ifadə etməsi siyasətimizin necə doğru olmasının təsdiqidir!

Musavat.com daha bir neçə məqamı da diqqətinizə çatdırır: Aİ tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunub. Zatən bütün tribuna və platformalarda ölkəmizi təmsil edən hər bir yetkili, xüsusi ilə də prezident İlham Əliyev bunu deyir, qarşı tərəfə bunula bağlı israrlı çağırışlar edir.
Brüssel görüşü: Azərbaycanın haqlı mövqeyi beynəlxalq aləmdə dəstəklənir |  Report.az
Bəyanatda Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına da Aİ-nin dəstəyi ifadə olunur və birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür. Biz də, yuxarıda da qeyd etdiyimiz kimi, artıq bir ildir ki, bu əməkdaşlıq platformalarını qurmaq, fəaliyyətimizdə prioritet kimi götürməklə məğuluq. (3)+(3) platformasına + (2) (Aİ, ABŞ) də əlavə etməyə hazırıq və bu, bizim işimizə də yarayar.
Ən önəmli məqamlardan biri də, bilrsinizmi nədir? Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Bu azmış kimi, hətta Aİ-nin iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi bildirib. Bu fraqment də dövlətimizin böyük uğuru sayıla bilər! Avropa İttifaqı kimi nəhənf bir donoru əməkdaşlıq platformasına cəlb etsək, həm region ölkələri, özəlliklə də Qarabağ, Şərqi Zəngəzur bölgəsi üçün qalxınma layihələrinə çox böyük töhfələr verilmiş olardı! Görünən budur ki, belə də olacaq!
61b89e4b7a40f61b89e4b7a410163948909961b89e4b7a40b61b89e4b7a40d.jpg (344 KB)
Yekun bəyanatda dəmiryol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunub. Bu, Zəngəzur dəhlizi boyunca dəmiryolun çəkilişini nəzərdə tutur. Həmçinin, dəmiryolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlıq prinsipi əsasında təşkil olunacağı da vurğulanır.
Bu da Brüssel qələbəsi! Musavat.com hesab edir ki, yayılan bəyanat, aparılan danışıqların istiqamətlərini və mahiyyətini tamamilə ortaya qoyub! Bəyanatda heç bir yerdə ATƏT-in Minsk Qqrupunun adı çəkilmir. Təkcə bu detal özü xüsusi qeydə layiqdir! Beləliklə, üçtərəfli görüşə dair Brüssel Bəyanatı, həm də bütün xətlərlə yayılan məlumatlar bir təvazökar yekuna ehtiyac yaradır.

Avropa İttifaqı tərəfindən təşkil olunan Brüssel görüşü də Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə təsbit olunmasına xidmət göstərdi!
Oxşar xəbərlər