Demokratik TV
Xəbər lenti
Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə görüşüb
- 15 noy 2021, 21:25
Noyabrın 15-də Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO-nun mənzil-qərargahında NATO Baş katibinin müavini Mirça Ceoana ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüşdə NATO-Azərbaycan tərəfdaşlığının aktual məsələləri, gələcək inkişaf perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov Azərbaycan-NATO tərəfdaşlığının bir sıra istiqamətləri üzrə əldə edilmiş nəticələrdən məmnunluq ifadə edib. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına dəstəyi kontekstində NATO əməliyyatlarına töhfələri məsələsinə toxunub. Nazir Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyimiz ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə NATO rəsmisinə məlumat verib. Torpaqlarımızın işğalı amilinin aradan qaldırılması xüsusunda Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğu vurğulanıb.
NATO tərəfi Azərbaycanın müdafiə islahatları və NATO missiyalarına töhfələrini yüksək qiymətləndirib. Baş katibin müavini Azərbaycana Alyans ilə tərəfdaşlığa, xüsusilə də Əfqanıstanda həyata keçirilən əməliyyatda iştirakına görə təşəkkürünü bildirib.
Tərəflər Sülh Naminə Tərəfdaşlıq Proqramının məqsəd və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və praktiki əməkdaşlığın davam etməsinə dair hazırlıqlarını ifadə ediblər.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə – FOTO
Prezident Cahangir Hacıyevlə ƏIi Abbasovun adını siyahıdan çıxardı
Əli Həsənov Brüsseldə separatizmin təhdidindən danışıb
Ali Baş Komandan İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edib - MƏTN+VİDEO
"Artıq Dağlıq Qarabağ inzibati ərazi vahidi yoxdur" - Prezidentin BMT-dəki çıxışı + VİDEO
Prezident Hökuməti topladı
Prezident gözlənilən əfv sərəncamını imzaladı - SİYAHI
İlham Əliyev və xanımının Cəbrayıl və Zəngilana səfəri məhsuldar olub - (Foto+Video)
"Azərbaycan inkişafını uğurla davam etdirir"
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti