"Aİ-yə daxil olmadan Balkan ölkələrində parlaq gələcək ola bilməz"

  • 06 noy 2021, 16:34
"Avropa İttifaqına daxil olmadan Qərbi Balkan ölkələrində parlaq gələcək ola bilməz. İttifaqa daxil olmaq bütün problemlərə son qoyacaq, ölkələrin stabilliyini bərqərar edəcək".
Demokratik.Az bildirir ki, bu sözləri Xorvatiyanın keçmiş prezidenti İvo Yosipovic Qlobal Bakı Forumunda deyib. O qeyd edib ki, NATO, Avropa İttifaqı, qonşu Bosniya və Herseqovinadakı olan problemlərinin həllinə müəyyən mənada kömək edə bilər: "Gec-tez Avropa İttifaqına üzvlük məsələsi həll olunmalıdır. Lakin biz bəzi ölkələrin üzvlüklə bağlı meyarları yerinə yetirməyə, islahatları həyata keçirməyə can atdığını görmürük. Mən Avropa İttifaqının Qərbi Balkan ölkələrini sıralarına qəbul etməsini istəyirəm. Bu tək onların deyil, bizim təhlükəsizliyim üçün də vacibdir. Mən prezident olduğum dövrdə Bosniya və Herseqovinanın, Serbiyanın Avropa İttifaqına üzvlüyünü təbliğ etmişəm. Bu, Xorvatiyanın da maraqlarına cavab verən məsələlərdən biridir. Bu, tək siyasi və iqtisadi maraqlarla bağlı deyil, həm də mənəvi və humanizm bazımdan yanaşılmalı olan məsələdir. Çünki biz uzun illər bir yerdə yaşamışıq, aramızda ticarət əlaqələri olub, ortaq tariximiz var. İstər Bosniya və Herseqovina,  Serbiya, istərsə də Xorvatiya üçün ən yaxşı həll yolu Avropa İttifaqında bir yerdə olmaqdır. Ancaq onların gələcəyi onların öz əlindədir. Əgər bu ölkələr ciddi daxili problemləri, ölkələr arasındakı problemləri həll edə bilmirsə, bu ölkələrin Avropa İttifaqında gələcəkləri ola bilməz. Bu reallıq bütün ölkələr tərəfindən başa düşülməlidir". /musavat.com/
Oxşar xəbərlər