Ceyhun Bayramov Mövlud Çavuşoğluna başsağlığı verib

  • 08 avq 2021, 18:19
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 14 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib.
“Report” xəbər verir ki, XİN başçısı bu barədə özünün ftvitter hesabında yazıb.
“ Qardaş Türkiyənin Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq. Qəza nəticəsində vəfat edən 14 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, - deyə Ceyhun Bayramov qeyd edib.
Oxşar xəbərlər