Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Siyasət » "Türkiyənin döyüşlərdə iştirak etməsi ilə bağlı məlumatlar yalandır" - XİN
"Türkiyənin döyüşlərdə iştirak etməsi ilə bağlı məlumatlar yalandır" - XİN
- 30 sen 2020, 17:45
Ermənistan XİN-in bölgədə yaşanan son gərginlikdə guya ki, Türkiyənin tərəf kimi iştirak etməsi ilə bağlı verdiyi açıqlamalar yalandır və təxribat xarakteri daşıyır.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Xatırladırıq ki, cari ilin 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın yeni təcavüz aktına cavab olaraq beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək məqsədilə əks hücum tədbirləri həyata keçirilib. Hazırda da Azərbaycan tərəfi Ermənistanın davam edən hərbi təxribatlarına adekvat cavablar verir. Azərbaycan ordusu öz xalqının və torpaqlarının müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlı və güclüdür.
Türkiyənin roluna gəldikdə isə, bu ölkə bölgədə sülh və təhlükəsizliyin, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmətin təmin olunmasının tərəfdarıdır. Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, başda BMT TŞ qətnamələri olmaqla beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq və ədalətli şəkildə həllini dəstəkləyir.
Ermənistan silahlı qüvvələrinə məxsus Su-25 tipli döyüş təyyarəsinin guya ki, Türkiyə silahlı qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması ilə bağlı desinformasiya xarakterli məlumata gəldikdə isə, bu kimi saxta məlumatları yayan Ermənistanın niyyəti münaqişəyə üçüncü tərəfləri cəlb etməkdir.
Görünən odur ki, Ermənistan tərəfi isə bu həqiqətə uyğun olmayan və cəfəng açıqlamaları ilə beynəlxalq ictimaiyyətin diqqətini özünün təcavüzkar siyasətindən və Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə atəşə tutaraq törətdiyi müharibə cinayətlərindən yayındırmaq məqsədini güdür", - XİN-dən bildirilib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi
Bayramov Britaniyanın dövlət naziri ilə danışdı
Azərbaycanın iki nazirliyi birgə bəyanat yaydı
Prezidentin köməkçisindən Ermənistanın sərhəddəki təxtibatı ilə bağlı yeni AÇIQLAMA
Azərbaycanın daha 7 mülki vətəndaşı yaralandı
TÜRKİYƏ AZƏRBAYCANDA HƏRBİ BAZA YARATMALIDIR! – Zaman yetişib…
Ceyhun Bayramovla Sergey Lavrov telefonda danışıb
Azərbaycan XİN Sarkisyanın təbrikini şərh edib
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti