Demokratik TV
Xəbər lenti
Bayramov Britaniyanın dövlət naziri ilə danışdı
- 29 sen 2020, 10:39
Sentyabrın 28-də Xarici İşlər naziri Ceyhun Bayramovla Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, V.Morton bölgədə gərginliyin aradan qaldırılmasının və atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb.
C.Bayramov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan tərəfinin yeni hərbi təcavüzünə cavab olaraq, öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib.
Ermənistan silahlı qüvvələrinin bundan öncə olduğu kimi Azərbaycan mülki şəxslərini və obyektlərini hədəfə aldığını qeyd edən nazir, bunun işğalçı ölkə tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halı olduğunu vurğulayıb. Nazir bölgədə gərginliyin hələ də davam etdiyini bildirərək yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ceyhun Bayramovla Sergey Lavrov telefonda danışıb
Ceyhun Bayramov ABŞ səfirinə erməni təxribatından danışdı
Azərbaycan XİN rəsmisindən Ermənistan XİN-ə CAVAB
Ceyhun Bayramov Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Ceyhun Bayramov İranın yeni səfiri ilə görüşüb
DSX növbəti erməni təxribatının qarşısını aldı
Məmmədyarov italiyalı həmkarı ilə görüşüb
Rəsmi Bakı mövqeyini açıqladı: Erməni ordusu dərhal...
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti