Azərbaycandan sığınacaq istəmək çətinləşib - səbəblər

  • 03 iyul 2020, 10:04

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı sığınacaq üçün müraciət edən şəxslərə himayə sənədi verməyəcək

BMT Azərbaycandan siyasi və ya qaçqın statusu istəyənlərin işinə qarışmayacaq, onlara hər hansı dəstək və himayə göstərməyəcək. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı buna səbəb kimi Azərbaycanın sığınacaq sisteminin beynəlxalq standartlara uyğun hala gətirilməsinin hələ başa çatmadığını göstərib. Qeyd edilib ki, münaqişə və təqib səbəbindən ölkələrini tərk edənlər uçun bu ölkədə adekvat himayə şəraitini təmin etmək üçün Azərbaycanın dövlət orqanları tərəfindən əlavə tədbirlərin görülməsinə ehtiyac var.
Yəni Azərbaycandan sığınacaq istəmək niyə belə çətindir? Burada İran amili varmı? Çünki bu ölkədən xaricə gedib sığınanlar çoxdur.
Ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi arasında razılaşmalara uyğun olaraq, təşkilat 1 iyul 2020-ci il tarixdən etibarən Azərbaycanda beynəlxalq himayə üçün müraciət edən şəxslər barəsində qaçqın statusunun müəyyənləşdirilməsi prosedurunun həyata keçirilməsini dayandırıb. Bu tarixdən başlayaraq sığınacaq üçün müraciət edən şəxslərin vəsatətlərinə yalnız Dövlət Miqrasiya Xidməti və milli məhkəmələr tərəfindən baxılacaq, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının tərəfindən isə artıq baxılmayacaq və sığınacaq üçün müraciət edən şəxslərə himayə sənədi verilməyəcək:  “Ümumiyyətlə, qaçqınlar və ya ölkə daxilində başqa yerə məcburən köçən şəxslərlə bağlı problem qlobal problemdir və bu gün Birləşmiş Millətlər Təşkilatı daxil, dünya ictimaiyyəti önündə həll olunması üçün fəal müzakirə aparılan ən mürəkkəb məsələlərdən biridir.
yegane.jpg (67 KB)
Bu gün dünayda mühacir və qaçqınlar problemi həyatlarına, təhlükəsizliklərinə və ya azadlıqlarına təhlükə yaranması səbəbindən ümumi zorakılıqlar, xarici təcavüz, daxili münaqişələr və insan hüquqlarının kütləvi pozuntuları nəticəsində meydana çıxır. Mənim fikirimcə, istər qlobal, istərsə də regional səviyydə qaçqınlar probleminin həlli onların yaşayış yerlərini tərketmələrinin səbəbinin aradan qaldırılımasından tutmuş, qaçqınlar problemi ilə əlaqədar humanitar və himayə tədbirlərini, fövqəladə yardımlar etməklə onların repotriasiyaya, yəni dogma yerlərinə-vətənlərinə qaytarılmaya qədər davam etməli olan əhatəli bir yanaşma tələb edir.
Amma mühacir, xüsusilə siyasi mühacir problemləri istər ölkədaxili, istərsə də qlobal səviyyədə həlli çətin humanitar himayə tədbirlərini əhatə eləyir. Qlobal səviyyədə ən çox spekulayasiya edilən mövzu da məhz siyasi mühacir mövzusudur. Siyasi mühacirət bir neçə spekt üzərindən narahatlıq  doğurur. Bunlardan ən əsası himayə olunan şəxsin himayədar ölkədə mövcud ictimai qaydaları və təhlükəsizliyinə zəmanətin olmamasıdır.
Məsələ ondadır ki, son onillik bütün dünayada siyasi mühacirətin himayədar ölkələr üçün necə fəsad yaratması daha aydın görünür. Biz bunu keçən əsrin 90-cı illərindən Sovetlər Birliyindən Avropaya mühaciərt etmiş siyasi mühacirlər, Yaxın Şərqdən olan mühacirlər və s. fəaliyyətində daha aydın müşahidə edirik".
Y.Hacıyevanın sözlərinə görə, sırf münaqişə və təqib səbəbindən ölkələrini tərk edən mühacirlərin Azərbaycanda adekvat himayə şəraitini təmin etmək üçün dövlət orqanları tərəfindən əlavə tədbirlərin görülməsinə ehtiyacı haqqında danışsaq, nəzərə alınmalıdır ki, Azərbaycan özü 1 milyon qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə son 30 ildə aktiv məşğul olan bir ölkə kimi bu sahədə geniş təcrübəyə malikdir: “Bu illər ərzində Azərbaycan öz vətəndaşları ilə paralel, ölkələrində  həyatlarına, təhlükəsizliklərinə və ya azadlıqlarına qarşı təhlükə yaranması üzündən vətənlərini tərk etməyə məcbur qalmış çoxlu sayda qaçqınlara himayədar bir ünvan olaraq tanınıb”.
Ekspet vurğuladı ki, siyasi mühacirət etmiş şəxslərin digərlərindən fərqləndirilməsi, məsələn, onların daha çox beynəlxalq humanitar instansiyalar vasitəsilə  üçüncü ölkələrə getməsi üçün imkanların yaradılmamasının mühüm əsasları var: “Hərbi əməliyyatlarda iştirak, insanlığa qarşı cinayətlər və ya başqa ciddi cinayət əməlləri, ən əsası isə Azərbaycanın özünün milli təhlükəsizliyinə qarşı yarana biləcək təhlükə kimi məqamlar mühüm əsaslardandır. Son zamanlar müxtəlif ölkələrdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının yerli  nümayəndəliklərinin tətbiq etdiyi standartların məhz yuxarıda haqqında danışdığım təhlükəsizlik məqamlarını əhatə etməməsi üzündən çoxlu narahatlıqlar yaşanmışdır. Məsələn, yüzlərlə İŞİD terrorçusu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının yerli  nümayəndəliklərinin operatorluğunda həyata keçirilən himayə proqramları çərçivəsində Avropaya miqrasiya etmiş və orada terror həyata keçirmişlər. Belə bir təhlükənin yaranmaması üçün Azərbaycan da haqqlı olaraq lazımi addımlar atıb. Daha təhlükəsiz standartlar tətbiq edən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qanunlarla səlahiyyətlər verilməsi bundan irəli gəlir.
İrandan olan mühacirlərin Azərbaycanda himayə olunması mövzusuna toxunsaq, onu qeyd edim ki, onlar daha çox ümumi zorakılıq halının hökm sürməsi əsası ilə mühacirət edirlər. Ümumi zorakılıq halları  müəyyənləşdirmək , insidentlərin sayı və növü ilə bağlı faktoloji göstəricilərin əldə edilməsi və müəyyənləşdirilməsi çox zaman mümkün olmur. Beynəlxalq humanitar hüquqda nəzərdə tutulan bütün digər hallarda, məsələn, mühacirət silahlı münaqişə şəraitində mülki əhaliyə qarşı geniş miqyaslı və ya sistematik hücumların nəticəsində baş verdikdə, Azərbaycan bu şəxsləri himayə edir". /“Yeni Müsavat”/
Oxşar xəbərlər