Azadlığa çıxan AXCP fəalı partiyadan istefa verdi - ŞOK SƏBƏB

  • 18 iyun 2020, 23:33
Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə) və 322-ci (özbaşınalıq) maddələri ilə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) fəalı Qorxmaz Əliyev cəza müddətini başa vuraraq azadlığa çıxıb.
Correct.az xəbər verir ki, azadlığa çıxan AXCP fəalı bəyanatla çıxış edib.
O, bugündən etibarən təmsil olunduğu partiya sıralarını tərk etdiyini açıqlayıb.
Mətbuata açıqlama verən sabiq AXCP fəalı keçmiş sədrinin ünvanına da sərt ittihamlar səsləndirib. O bildirib ki, həbsdə olduğu müddətdə onun ailəsinə göndərilən ianələr partiya sədri tərəfindən mənimsənib.
Q. Əliyev əlavə edib ki, AXCP-nin hazırki üzvləri də Əli Kərimlinin siyasi spekulyasiyalarına alət olmasınlar və tezliklə partiyadan istefa versinlər.
Oxşar xəbərlər