Əvvəl Elçibəyə, sonra onlara xəyanət etdi - Əli Kərimlinin siyasi TARİXCƏSİ

  • 25 yan 2019, 22:05

1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) siyasi partiya olaraq fəaliyyətə başladı və dövlət qeydiyyatına alındı. Bununla da müstəqillik hərəkatı dövründən Azərbaycan Xalq Cəbhəsinə üzv olanlar qurumun sıralarını tərk etdilər. 

Bu qurumda qalanlar isə yenidən partiyaya üzv oldular. Əbülfəz Elçibəyin rəhbərliyi altında fəaliyyət göstərən partiya daxilində məhz bu dönəmdən ciddi ixtilaflar başlandı. AXCP daxilində "klassiklər” və "yurdçular” qanadı yarandı. Birincilər Əbülfəz Elçibəyi müdafiə edənlər, ikincilər isə AXCP sədrinin birinci müavini Əli Kərimlinin rəhbərliyi altında fəaliyyət göstərən "qiyamçılar” idi.
Əsas hədəf Əbülfəz Elçibəyi devirib Əli Kərimlini onun yerinə gətirmək idi. Sadəcə Elçibəyin ağır xəstəliyə mübtəla olması və bu səbəbdən partiyanın qurultayı öncəsi dünyasını dəyişməsi bu ssenarinin həyata keçməsinə mane oldu. Nəticədə partiya iki yerə bölündü və hər ikisi özünü AXCP adlandırırdı. Birinə, Əli Kərimli (Hansı ki, o zamanlar iqtidara yaxın idi və parlamentdə təmsil olunurdu), digərinə, yəni Elçibəy tərəfdarlarının birləşdiyi qanada isə Mirmahmud Mirəlioğlu rəhbərlik edirdi.
2000-ci ildə AXCP-nin "Yurdçular” qanadı adlanan partiyanın rəhbərliyində təmsil olunan şəxslərlə bağlı araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, 2000-ci ildə "Yurdçular” qanadında Əli Kərimlinin müavini olmuş şəxslərdən heç biri hazırda onunla birlikdə deyil və onların hər birinə eyni "damğa” vurulub: "Satqındırlar”. O başqa müzakirə mövzusudur ki, bu qədər "satqının” içərisində Əli Kərimli necə "təmiz” qala bilib?!
Siyahını təqdim edirik:
AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli Aydınlar Partiyasının sədridir. Uzun illər parlamentdə təmsil olunan Q.Əlibəyli hazırda aktiv siyasi fəaliyyətlə məşğul deyil. 
AXCP sədrinin müavini Asim Mollazadə hazırda Azərbaycan Demokratik İslahatlar Partiyasının sədridir. Eyni zamanda Milli Məclisin deputatıdır.
AXCP sədrinin digər müavini Qüdrət Həsənquliyev hazırda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, həmçinin Milli Məclisin deputatıdır.
AXCP sədrinin digər müavini Əliməmməd Nuriyev hazırda ictimai fəaliyyətlə məşğuldur. Konstitusiya Araşdırmaları Fondunun prezidentidir.
AXCP sədrinin digər müavini Cəmil Həsənli mandatı partiya maraqlarından üstün tutduğu üçün 2005-ci ildə partiyadan qovulub. Hazırda Milli Şuranın sədridir.
AXCP sədrinin digər müavini Fuad Mustafayev hazırda Türkiyədə yaşayır və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Heç bir siyasi fəaliyyəti yoxdur. 
AXCP sədrinin digər müavini İbrahim Vəliyev siyasi fəaliyyətdən kənardır, elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Elmi araşdırmalar aparır.
AXCP sədrinin digər müavini Asəf Quliyev bu partiyadan istefa verib. Səbəbini Əli Kərimlinin yaratdığı diktator mühitlə əlaqələndirib və bu səbəbdən partiyadan gedib.
AXCP sədrinin digər müavini Arif Paşayev xaricdədir. Hazırda müxalifətdə olsa da, AXCP sədrinə qarşı qəti düşmən mövqeyində dayanıb.
AXCP sədrinin digər müavini Nəriman Qasımoğlu dini ekspertdir. Siyasi fəaliyyətdən tamamilə kənardadır və yalnız elmi araşdırmalar aparmaqla məşğuldur.
AXCP sədrinin digər müavini Həsən Kərimov uzun sürən xəstəlikdən sonra bir neçə il öncə dünyasını dəyişib. O, ürək xəstəliyindən əziyyət çəkirdi. 
Xatırladaq ki, 2000-ci ildə AXCP bölünənə qədər "Yurdçular” qanadında təmsil olunan bir çox şəxslər Kərimli ilə yollarını ayırıb. Bunlar hazırda parlamentdə təmsil olunan deputatlar – Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və iqtisadçı Əli Məsimlidir. /azxeber/
Oxşar xəbərlər