“Müxalifətin konkret bir amalı, məqsədi yoxdur” - RƏY

  • 07 yan 2019, 07:59

"Bu toplantının adının "zirvə toplantısı” qoyulmasının özü gülüş doğurur”. Bunu SİA-ya "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.Onun sözlərinə görə, çünki, "zirvə toplantısı” keçirmək üçün gərək qurumların ölkədə, ictimaiyyət arasında müəyyən nüfuzu olsun ki, istənilən bir tədbirində adını zirvə toplantısı qoyulsun: "Digər tərəfdən bizim müxalifətin konkret bir amalı, məqsədi, əqidəsi yoxdur. Bunları bir məsələ maraqlandırır, satqınlıq və xəyanət yolu ilə xaricdəki ağalarından qrant almaq. Yəni, xaricdə ki, bəzi qüvvələrdən aldıqları maliyyə vəsaitlərindən özlərinin məqsədləri üçün istifadə etsinlər. Nə isə bir yığıncaq keçirib və bunu da bayraq edib göndərmək ki, biz varıq. AXCP və Müsavat kimi qurumları da aralarında görmək istəyiblər. Amma Əli Kərimli, Arif Hacılı təbiətən qısqanc və məkrli insan olduqlarından o toplantıya qatılmayıblar. İsgəndər Həmidovun, Pənah Hüseynin, Tural Abbaslının və digərlərinin məqsədləri məhz həmin sələfləri kimi xaricdən maliyyə vəsaiti əldə etməyə yönəlib. AXCP və Müsavat funksionerlərinin bu toplantıya qatılmamasının səbəbi də "ağaları”nın bu barədə razılığı olmamasıdır. Yəni adları çəkilən partiyalara xaricdə olan "ağaları” göstəriş verib ki, həmin toplantıda iştirak etməyin və bunlarda iştirak etməyiblər. Ümumiyyətlə bu kimi müxalifət daxili intiriqalara əsaslanaraq demək olar ki, müxalifət düşərgəsində nə isə bir birliyin yaranmasına inanmaq sadəlövhlük olardı”.

Demokratik.Az

Oxşar xəbərlər