Əliyev və Paşinyan bu tarixdə görüşəcək – Video

  • 03 okt 2018, 08:34

Paşinyan başa düşür ki, onun gələcək taleyi Azərbaycan Prezidentindən böyük dərəcədə asılıdır.

Bunu Axar.az-a Azərbaycan və Ermənistan prezidentlərinin Düşənbə görüşünün nəticəsini şərh edən "Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların əvvəlki format üzrə aparılacağını deyib:

"Azərbaycanın əsas istəyi Paşinyanın Dağlıq Qarabağla bağlı mövqeyində dəyişiklik etməsi idi. Düşənbə görüşündən sonra danışıqlar məhz Azərbaycan və Ermənistan arasında gedəcək. Qondarma "dqr”in danışıqlarda üçüncü tərəf kimi iştirakı yolverilməzdir. Təmas xəttində və Ermənistanla sərhəddə insidentlərin qarşısının alınması üçün operativ əlaqə mexanizmlərinin yaradılması da sülh prosesinə müsbət təsir edəcək. Düşənbədə baş tutan qısamüddətli ayaqüstü görüşün daha çox ikinci tərəfindən irəli sürüldüyünü düşünürəm. Bu mənada sözügedən görüş daha çox tanışlıq xarakteri daşıyırdı. Çünki ölkə rəhbərlərinin gələcək görüşü üçün bu tanışlıq vacib idi. Görüşün təşəbbüskarı Paşinyan olsa da, ona təsir göstərən Rusiyanın mövqeyi olub”.

Politoloq Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar prosesinin yeni mərhələsinin Ermənistanda parlament seçkilərindən sonra başlayacağını deyib:

"Paşinyan inqilab, əslində isə çevriliş yolu ilə hakimiyyətə gəlib, yəni onun hakimiyyəti tam legitim deyil. Ona görə də Nikol hazırda daimi yox, müvəqqəti hüquqi statusa malikdir. Prosesin davamı üçün Ermənistanda Paşinyanın hakimiyyəti qanuniləşməlidir və o, Qarabağ klanına qarşı duruş göstərməlidir. Yalnız bundan sonra ikitərəfli görüşlər və danışıqlar aktivləşə bilər”.


Oxşar xəbərlər