Angela Merkel İlham Əliyevi təbrik edib

  • 26 apr 2018, 13:25
Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkeldən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
 
Lent.az azərtac-a istinadən bildirir ki, təbrikdə bunlar deyilir: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
 
Mən dövlətlərimiz və cəmiyyətlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsini dəstəkləyirəm. Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır.
 
Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm".
Oxşar xəbərlər