Xəbər lenti
Bütün xəbərlər

Vahid Ələkbərovdan İlham Əliyevə təbrik məktubu

  • 23 dek 2014, 10:47
"LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

ANS PRESS-in məlumatına görə, Vahid Ələkbərovun təbrik məktubunda deyilir:

"Doğum gününüz münasibətilə Sizi "LUKoyl” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Siz Azərbaycan Respublikasının ali dövləti vəzifəsində fəaliyyətinizdə özünüzü qeyri-ordinar, parlaq şəxsiyyət, prinsipial və ardıcıl siyasi xadim, dövlətin lideri kimi göstərmisiniz. Siz haqlı olaraq öz həmvətənləriniz arasında və xaricdə hörmət və nüfuz qazanmısınız.

Bu gün Sizin rəhbərliyinizlə ölkənin iqtisadi potensialı fəal şəkildə artır, siyasi və sosial təsisatlar təkmilləşdirilir. Azərbaycanda həyata keçirilən konstruktiv xarici siyasət regionda sabitliyin təmin edilməsinə, beynəlxalq ticari-iqtisadi əlaqələrin möhkəmlənməsinə və ölkə iqtisadiyyatına xarici investisiyalar cəlb edilməsinə şərait yaradır.

Fürsətdən istifadə edib, "LUKoyl” ASC-nin Azərbaycanda fəaliyyətini dəstəklədiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirmək və Sizi əmin etmək istərdim ki, biz azərbaycanlı tərəfdaşlarımızla əməkdaşlığı bundan sonra da fəal inkişaf etdirmək niyyətindəyik".

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni böyük uğurlar diləyirəm".