Zakir Həsənov Atatürkün məzarını ziyarət edib

  • 28 mart 2018, 19:33

Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib. 

Nazirlikdən verilən məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.

 

 

Oxşar xəbərlər