Zakir Həsənov Belarusa səfərə gedib

  • 22 fev 2018, 14:30

Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 22-də Belarusun paytaxtı Minsk şəhərinə səfərə gedib.

Bu barədə musavat.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belaruslu həmkarı general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.

Bundan əlavə, general-polkovnik Z.Həsənovun Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub.

Oxşar xəbərlər