Şəkidə yol tikintisinə 1,5 milyon manat ayrıldı – Sərəncam

  • 30 avq 2016, 20:07

Prezident İlham Əliyev Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, on səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,5 milyon manat ayrılıb.

 

Demokratik.Az

Oxşar xəbərlər