Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Sərəncamlar » Füzulidə yol tikintisinə 1,8 milyon vəsait ayrıldı - Sərəncam
Füzulidə yol tikintisinə 1,8 milyon vəsait ayrıldı - Sərəncam
- 23 iyul 2016, 19:23
Prezident İlham Əliyyev Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi üçün vəsait ayrılması barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon (bir milyon səkkiz yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
APA

Maliyyə Nazirliyi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
APA

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti