Vilayət Eyvazov polis kapitanına yeni vəzifə verdi

  • 11 may 2021, 23:22
Daxili İşlər orqanlarında yeni təyinat olub. 
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Azər Şahbazov Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin rəis müavini təyin edilib.
O, bu təyinata qədər Siyəzən Rayon Polis Şöbəsində çalışıb.
Oxşar xəbərlər