Vilayət Eyvazov generala yeni köməkçi təyin etdi

  • 15 apr 2021, 09:52
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə polisinin rəisi, general-mayor Teymur Hacıyevə köməkçi təyin edib.
Demokratik.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə polis polkovnik-leytenantı Füzuli Şıxıyev Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin rəisi vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə F.Şıxıyev Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyevin Şəxsi heyətlə iş üzrə köməkçisi təyin edilib
Oxşar xəbərlər