İlham Əliyev Cocuq Mərcanlıya pul ayırdı -SƏRƏNCAM

  • 13 sen 2017, 18:00
Prezident İlham Əliyev sentyabrın 13-də "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında” sərəncam imzalayıb.

Musavat.com-un AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon manat ayrılıb.

 

Demokratik.Az

Oxşar xəbərlər