Demokratik TV
Bankir Çingiz Əsədullayev də Eldar Mahmudovun "oduna" düşüb

Yayılan məlumatda MTN əməkdaşları tərəfindən şantaj olunaraq pul tələb olunan şəxsin, Eldar Mahmudovun Çingiz Əsədullayevə tapşırığı əsasında, həmin şəxsə əmlakı qoyulmaqla "Azəriqazbank”dan kreditlə 500 min manat pul götürdüyü, həmin məbləği bankdan birbaşa Eldar Mahmudovun oğlu Anar Mahmudovun hesabına köçürdüyü qeyd edilib.
Yayılan məlumatla bağlı Bizimyol.info saytının əməkdaşı eks millət vəkili "Azəriqazbank”ın sədri Çingiz Əsədullayevlə əlaqə saxlayıb. O sayta açıqlamasında yayılan bu məlumatın yalan olduğunu bildirib. Adıçəkilən bildirib:
"Bu da növbəti qurmalardan biridir.Mən heç bir istintaqa cəlb olunmamışam. Adının belə qeyd edilmədiyi bir adama, heç belə bir kredit də ayrılmayıb.Yalan cəfəngiyyat xəbərdi”.
Demokratik.Az
