Eldar Mahmudovun saytları "BAĞLANIB"?-

  • 01 iyul 2016, 12:17

Bu gün səhər saatlarından etibarən Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və şəbəkəsinin nəzarət etdiyi, müxalifətə qarşı qara piar kampaniyası üçün istifadə edilməsi iddia olunan saytların fəaliyyətini dayandırması xəbəri yayılmaqdadır.Xəbəri şövqlə,böyük həvəslə yayımlayan saytlar isə məlumatın ciddiliyini və dəqiqliyini nədənsə araşdırmır.

Demokratik.Az bildirir ki, bu haqda məlumatı  əsasən Azadliq.info yayıb. Sayt yazır ki, hansısa "X" saytlar Eldar Mahmudovda ölkənin tanınmış şəxsləri və məmurları barədə 2800 ədəd intim videonun olması barədə məlumatdan sonra "qapadılıb".

Məlumatda deyilir ki, güya "X" saytlar bağlanmazdan əvvəl onları işlədən, Eldar Mahmudovun yaratdığı şəbəkənin üzvləri olan şəxslərlə sərt söhbət aparılıb.

Müxalifət saytının iddiasına görə,onlardan saytları dərhal bağlamaq tələb olunub. Güya "X" adamlara xəbərdarlıq edilib ki, hansısa saytda hər hansı kompramat yayılacaqsa, məsuliyyəti onlar daşıyacaq. Gülməli və qeyri-ciddi səslənən bu xəbər bir müddət öncə  saytlarda yayılan  Eldar Mahmudovun ölüm xəbərindən də ucuzdur.Görünən hər halda odur ki,belə dezinformasiyalar müxalifət ruporuna da lazımdır.Yoxsa, yaydığı xəbərdə konkret hansısa saytın bağlandığını isbat edəcək fakt ortaya qoyulardı .

 

Demokratik.Az

Oxşar xəbərlər