Fövqəlnazir "SOKAR" prezidenti ilə qəza yerinə baş çəkib

  • 16 dek 2016, 20:53

Demokratik.Az-ın məlumatına görə, Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev bugün Xəzər dənizində "Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft-Yığım Məntəqəsində yerləşən estakadanın bir hissəsinin dənizə uçması ilə əlaqədar hadisə yerində olublar. 

Demokratik.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında da xəbər yer alıb.

Bugün hadisə baş vermiş əraziyə baxış keçirərək itkin düşmüş neftçilərin axtarışında iştirak edən müvafiq qurumların rəhbərləri ilə də operativ müzakir aparılır.

Demokratik.Az

                                                                  

                                                                                        
Oxşar xəbərlər