Demokratik TV
Xəbər lenti
Əli İnsanov barəsində yeni həbs qətimkan tədbiri seçilib
- 11 okt 2016, 21:41
Sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir müddət əvvəl Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.
Qeyd edək ki, Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddətinin başa çatmasına az qalmışdı.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Əli İnsanov ittihmlarla tanış oldu
Əli İnsanova həbsdə də cinayət işi açıldı
Əli İnsanov yeni ittihamlardan danışıb
Akif Çovdarovun səhhəti pisləşdi: Tibb məntəqəsinə köçürüldü
Akif Çovdarov həkim nəzarətində saxlanılır
4 vəzifəlinin “MTN işi” məhkəməyə göndərildi
Sabiq deputata görə 6 iş adamı azadlığa buraxıldı
Keçmiş MTN generalı Akif Çovdarovun həbs müddəti artırıldı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti