“Azərdəmiryol”un yükdaşıyan elektrovozu yanıb

  • 30 apr 2016, 10:19

"Azərdəmiryol” QSC-yə məxsus yükdaşıyan elektrovozda yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Ağdaş rayonu, Ləki dəmiryol stansiyasında "Azərdəmiryol” QSC-yə məxsus Gəncə-Bakı istiqamətində hərəkətdə olan yükdaşıyan elektrovozun mühərrikində elektrik avadanlıqları yanıb. Elektrovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğını yanğınsöndürənlər söndürüb.

 

Demokratik.Az

Oxşar xəbərlər