Bakıda məktəb binası YANIR

  • 28 iyun 2022, 17:58

Bakının Sabunçu rayonunda məktəb yanır.

Demokratik.Az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər