Gəncə sakini illərdir işıqsız qalıb - Yaşadığı ev isə erməninin adınadır - VİDEOREPORTAJ

  • 29 apr 2022, 21:50
Gəncə şəhər sakini Məmmədov Alim Qərib oğlu yaşadığı evin çıxarış sənədini ala bilmir. Vətəndaşın iddiasına görə, ev Xaçaturyan Abramoviç adlı bir erməninin hələ də adınadır. Erməni isə Minvodda yaşayır, ona görə də müvafiq qurumlardan sənəd ala bilmir. Alim deyir ki, II qrup əlildir, məhkəmə qaydasında problemlərinin həlli də ona maddi baxımdan çətin gəlir.
Eləcə də valideyinlərinin vəfatından sonra Gəncənin "Azərbaycan Bayrağı" küçəsi-245 ünvanında tək yaşayan vətəndaşın şəraitsiz mənzilində elektrik enerjisi də yoxdur. Elektrik enerjisinin çəkilişinə, işıq sayğacının qoyulmasına tələb edilən 200 manatı isə ödəyə bilmir.

Alim Məmmədovun sözlərinə görə, kanalizasiya və içməli su xətti olmadan da zorla keçinir. Aldığı əlillik təqaüdü ilə nə evi, nə də digər çatışmazlıqları bərpa edə bilmir.

"Demokratik TV" mənzil-məişət şəraiti bərbad olan şikayətçini öz evində dinləyib.
Ürək dağlayan reportajı təqdim edirik:
Oxşar xəbərlər