Azərbaycanda icra hakimiyyətlərinin sayı azaldıla bilər

  • 18 apr 2022, 13:24
"Təkliflər var ki, rayon icra hakimiyyətləri birləşdirilsin, sayı azaldılsın. Bunlar gündəmdədir".
Bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov "ARB24"-də yayımlanan “Peşəkar Mübahisə” verilişində deyib.
O əlavə edib ki, buna qədər iki rayon ləğv edilərək Gəncə şəhərinə birləşdirilib: "1990-cı illərdə 10-a yaxın rayon yaradılıb. Bir rayonu iki hissəyə bölüblər.
Birdən-birə birləşdirib 15-17 rayon yaratmaq olmaz. Mərhələli şəkildə bunları azaldıb uyğun şəkildə sistemləşdirmək lazımdır.
Əvvəllər belə fikir vardı ki, ölkədə 8 zona yaradılsın, sonradan iqtisadi zonalar yaradıldı. Təbii ki, bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir. İslahatlar aparılır, bələdiyyələr də yeni strukturlara uyğun formalaşdırılacaq".
Oxşar xəbərlər