Deputat Gəncədə məhkəmənin fəaliyyətinin araşdırılmasını istəyir

  • 04 mart 2022, 20:32
“Güclü məhkəmə hakimiyyəti olmadan Azərbaycanda güclü Ombudsman təsisatı ola bilməz”.
Bunu Milli Məclisin keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, məhkəmə hakimiyyətinin gücləndirilməsi üçün görülən işlər yetərli deyil: “Gəncədə bəzi məhkəmə prosesləri və çıxarılan qətnamələr bazar qanunlarına əsaslanır. Gəncə İnzibati Məhkəməsi ilə əlaqədar süründürməçiliklə bağlı şikayətlər çoxdur. Məhkəmə nə iddiaçının xeyrinə, nə də ziyanına qərar qəbul edir. Buradan Məhkəmə-Hüquq Şurasına müraciət edirəm ki, bu məhkəmənin fəaliyyəti araşdırılsın, yoxlanılsın. Eyni zamanda, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası ilə bağlı şikayətlər var. Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Biz orada zaman-zaman baş verən prosesləri və insanların incidilməsini görmüşük”.
Oxşar xəbərlər