Demokratik TV
Xəbər lenti
Orduda HƏBSLƏR davam edir: Daha bir polkovnik tutuldu
- 17 fev 2022, 16:02
Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı daha bir hərbçi həbs edilib.
Demokratik.Az Lent.az-a istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov da tutulub.
Ona, Cinayət Məcəlləsinin 313-cü (vəzifıə saxtakarlığı), 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 341.2.1-ci (vəzifə səlahiyyətlərini aşma, bir qrup şəxs tərəfindən törədildikdə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyində həyata keçirilən həbslərlə bağlı xəbər yaymışdıq.
Belə ki, nazirlikdə qeydə alınan maliyyə pozuntuları ilə Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu həbs ediliblər.
Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Prezident gözlənilən əfv sərəncamını imzaladı - SİYAHI
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
“Media haqqında” qanun layihəsinin tam MƏTNİ
"MTN İŞİ"-ndə "Vosmoy bazarı"nın sirri açıldı
Şərurlu İsfəndiyar: "Nə oxuya, nə də yaza bilirəm"
Çovdarovun məhkəməsində BƏRAƏT TƏLƏBİ
Akif Çovdarovdan ölüm anonsu: “İlqar getdi, növbə məndədir”
Akif Çovdarov ölə bilər - səhhəti pisləşib (açıqlama)
"MTN qanqsterləri"nin məhkəməsi yenə baş tutmadı
"MTN QANQSTERİ"nin məhkəməsində ittiham aktı oxundu
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti