Zakir Fərəcovun səlahiyyətləri əlindən alınıb?

  • 02 fev 2022, 10:37
Bir müddət əvvəl İradə Gülməmmədova Abşeron rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediləndən sonra ona yaxınlığı ilə seçilən Sumqayıtın icra başçısı Zakir Fərəcovun müəyyən səlahiyyətlərinin əlindən alındığı deyilir.
İddia olunur ki, İ.Gülməmmədovanın gedişindən sonra Abşerona qeyri-rəsmi nəzarət imkanları Zakir Fərəcovun əlindən çıxıb, eyni zamanda onun digər səlahiyyətləri də məhdudlaşdırılıb.
 
Məsələ ilə bağlı Sumqayıt şəhə İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
 
İcra Hakimiyyətindən Modern.az-a bildirildi ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. 
 
Məlumata görə, Zakir Fərəcov hazırda iş başında səlahiyyətlərini icra edir və hətta bu gün şəhər gənclərini qəbul etməyi planlaşdırır.
 
Qeyd edək ki, dəfələrlə qalmaqallı xəbərlərlə medianın gündəminə gələn Gülməmmədovanın işdən çıxarılması icra başçıları postunda təmizləmələrin bu il də davam etdiriləcəyinin anonsu kimi qiymətləndirildi. Eyni zamanda, xanım məmurun vəzifəsindən kənarlaşdırılması sosial şəbəkələrdə geniş müzakirələrə yol açdı. Vətəndaşların tənqidlərindən belə qənaətə gəlmək olar ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovdan da narazılıq edənlərin sayı az deyil. Ehtimal olunur ki, növbəti mərhələdə onun barəsində də ciddi tədbirlər görülə bilər. 
Oxşar xəbərlər