Mehdiyevin "kamal"ı Nərimanoğluna hücumu davam etdirir - İşə Gəncə Apellyasiyada baxılacaq

  • 27 yan 2022, 23:31
AMEA-nın prezidenti Ramiz Mehdiyevin təkidilə elm ocağının baş hüquqşünası Kamal Əliyev jurnalist Osman Nərimanoğluna qarşı "xüsusi ittiham qaydasında" şikayəti ilə yenidən hücuma keçib.

Demokratik.Az bildirir ki, ötən il dekabrın 27-də Göygöl rayon Məhkəməsində baş tutan işi üzrə prosesdə hakim Əyyub Kərimovun müvafiq qərarı ilə şikayəti rədd edilən K.Əliyev qərardadla razılaşmayaraq apelyasiya şikayəti verib. Şikayətə fevralın 4-də Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun icraatında baxılacaq.

Bu barədə jurnalist Osman Nərimanoğlu məlumat verib və narahatlığa səbəb görmədiyini deyib. Jurnalist hesab edir ki, baş verənlər Mehdiyevin hikkəsindən və çırpıntılarından ortaya çıxan haldır. Eləcə də "xüsusi ittiham"-da Kamal Əliyevin adı keçsə də, bu təsadüfi hüquqşünas AMEA-nın elmi mühitini tar-mar edən Mehdiyevin adi buyuruq quludur. Son dövrlərdə elementar ərizə formasını düzgün yaza bilməyən, AMEA-nın hüquqi işləmlərini məişət səviyyəsinə endirən K.Əliyevin sinəsini qabağa verib daha bir neçə şəxsə qarşı "xüsusi ittiham"la hücumlar etməsi onun "boz kardinal" üçün sadəcə "dəyənək" funksiyası yerinə yetirdiyini isbat edir. 

Xatırladaq ki, demokratik.az saytının 16 noyabr 2021-ci il tarixli sayında Ramiz Mehdiyev AMEA-nın hüquq şöbəsini görün kimə tapşırıb - "Tərtər işi" boz kardinala da uzanır? başlıqlı xəbər yayımlayıb. Həmin xəbərdə 2017-ci ildə hərbçilərimizə qarşı işgəncələrlə müşahidə olunan məlum "Tərtər işi"nə eyham edilir, müzakirələrdə adı hallanan hərbi hakim Kamal Əliyevin hansı əsaslarla Ramiz Mehdiyev tərəfindən AMEA-da "hüquq şöbəsinin müdiri" təyin edilməsi sual edilir. Ramiz Mehdiyevin fəaliyyəti boyunca rusmeyilli kadr olduğuna işarə edilir.

Sözügedən mülahizə və faktlardan dözməyən qarşı tərəf yazılanları böhtan hesab edərək jurnalisti xüsusi ittihamla Yasamal Məhkəməsinə vermişdi. Lakin, 23 noyabr tarixli məhkəmə baxışında məhkəmə "Xüsusi ittiham"ı aidiyyatı üzrə Göygöl Məhkəməsinə verməyi tövsiyə etmişdi. Bu müddət ərzində Ramiz Mehdiyev AMEA-nın adında süni təyziq elementi kimi "xüsusi ittiham"ı jurnalistin evinə belə göndərərək özünü biabır etmişdi...

Demokratik.Az əslində AMEA-nın prezidentinin (K.Əliyevin-red) razılaşmayıb Apelyasiya şikayəti verdiyi qərarın surətini də təqdim edirik:
Demokratik.Az
Oxşar xəbərlər