Bakıda taxta bazarı yanır - FOTO

  • 17 avq 2021, 04:14
Bakının Nərimanov rayonunda bazarda yanğın başlayıb.
APA xəbər verir ki, hadisə “Baksol” yolunda yerləşən taxta bazarında baş verib. Alov əvvəlcə bazara yaxın yerləşən dəmiryol xəttindəki yük vaqonunda başlayıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin 9 texnikası və canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.
Oxşar xəbərlər