Xəbər lenti
Bütün xəbərlər

Ucarda 5 hektar ərazi yanıb

  • 28 fev 2020, 08:42
Ucar rayonunun Qarabörk kəndində 5 hektar ərazidə yanğın baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, kəndin kolluq ərazisində başlayan yanğının əhatəsi getdikcə genişləndiyindən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Dövlət yanğından mühafizə hissəsinin 3 texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Yaxınlıqda olan yaşayış evləri yanğından mühafizə olunub.
Oxşar xəbərlər