Şəhid ailələri Xocavəndin icra başçısına etiraz edir - VİDEO

  • 09 apr 2021, 17:38
Xocavənd rayonunun Qaradağlı kəndində yaşayan bir qrup şəhid ailələri DogruXeber.az İnformasiya agentliyinin təşkilatçılığı ilə mətbuat konfransı keçirib.
Konfransda 84 şəhid ailəsi adından iştirak edən İmanov Məğrur Kərəm oğlu, Hüseynov Məntiyyət Arazxan oğlu, Məmmədov Rüzgar Tohid oğlu, Əliyev Rasif Məhərrəm oğlu, Rüstəmov Xaliq Gülüm oğlu və Quliyev Rafiq Əlastan oğlu Xocavənd rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun onlara məxsus "Nərgiztəpə" adlanan ərazidə yerləşən yüzlərlə hektar pay torpaq sahəsini mənimsəməsi barədə iddialar irəli sürüblər.
Həmçinin sakinlər bildirirlər ki, kənd sakinlərinin öz büdcələri hesabına şəhid abidəsi inşa etdirmək üçün İcra Hakimiyyəti 1 sot torpaq sahəsini belə onlara qıymır, bu məqsədlə yer ayrılmır.
Daha sonra Şəhid ailələri rayonda özünə və qohumları adına külli miqdarda sərvət toplayan İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov tərəfindən hüquqlarının tanınmaması, dəfələrlə onlara qarşı hörmətsizliklərlə üzləşdiklərini də dilə gətiriblər.
Bundan başqa, şikayətçilər icra başçısının qardaşı İbad Hüseynovun saxta qəhrəman olduğunu, Monte Melkonyanı əslində öldürmədiyini, özündən döyüş səhnələri uydurduğunu və həmin dövrlərdə Hüseynovların mərhum Heydər Əliyevə qarşı olduqlarını dilə gətiriblər.
Demokratik.Az sözügedən mətbuat konfransındanlentə alınmış videomaterialı təqdim edir:
Oxşar xəbərlər